“SpaceX” kompaniyası internet şəbəkəsi üçün daha 54 peyki orbitə çıxarıb

A- A A+

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, yerətrafı orbitə daha 54 mini-peyk çıxarılıb.

Daşıyıcı raket ABŞ-ın Sakit okean sahilləri vaxtı ilə saat 04:34-də (Bakı vaxtı ilə saat 13:34) ABŞ-ın Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan start götürüb. Bu, cari ildə internet peyklərinin orbitə çıxarılan sayca 60-cı qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 3 min 612 peyk buraxıb. Onların 3 min 200-ü işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də istifadə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: