Suriyada və regionda vəziyyətin ən qısa zamanda yaxşılaşdırılması, sülh, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün nələr oluna biləcəyini müzakirə etdik.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Moskvada Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirləri və təhlükəsizlik qurumlarının rəhbərlərinin keçirdikləri toplantının nəticələri barədə danışan Türkiyə milli müdafiə naziri Hulusi Akar ifadə edib.
“Bizim toplantıda dilə gətirdiyimiz ən mühüm mövzulardan biri terrorla mücadilə oldu. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyimizi, əsas məqsədimizin terrorla mücadilə olduğunu, digər məqsədimizin olmadığını vurğuladıq. Suriya üçün də təhdid olan PKK/YPG və İŞİD kimi terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyi hədəflədiyimizi ifadə etdik”, - deyə nazir vurğulayıb.