Rusiyanın Engels hərbi aerodromunda partlayış olub

A- A A+

Rusiyanın Engels hərbi aerodromunda partlayış olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Mash” yayıb.

Bildirilib ki, ərazidə hava həyəcanı siqnalı verilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.

Qeyd edək ki, dekabrın 26-da həmin aerodroma dronla hücum olmuşdu. Nəticədə Rusiyanın bir neçə hərbçisi ölmüş və yaralanmışdı.

Xatırladaq ki, bu hərbi aviabaza Rusiyanın Saratov vilayətinin eyniadlı şəhərində yerləşir. Aerodrom Rusiya Aerokosmik Qüvvələrinin aviabazasıdır. Aerodromun rəsmi adı “Engels-2”dir. Orada “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələr olan aviasiya alayı yerləşir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: