Türkiyə XİN başçısı Yunanıstana xəbərdarlıq edib: "Macəra axtarmağa ehtiyac yoxdur"

A- A A+

“İlin əvvəlində Yunanıstanla dialoq xətlərini işə saldıq”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Yunanıstanın təxribatları nəticəsində dialoq məsələsi arxa plana keçdi: “Yunanıstanın BMT-yə göndərdiyi məktublar tamamilə siyasi motivlidir. Həmin məktublarda hüquqi yanaşma yoxdur”.

M.Çavuşoğlu həmçinin Yunanıstana xəbərdarlıq edib: "Macəra axtarmağa ehtiyac yoxdur. Bunun sonu yaxşı olmaz".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: