Avropa Komissiyası Rusiya təcavüzü zamanı dağıdılmış Ukrayna məktəblərinin yenidən qurulmasına 100 milyon avro sərmayə qoyur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Twitter” səhifəsində yazıb.
“Ukraynanın gələcəyi onun uşaqlarından başlayır. Biz Rusiya bombaları ilə dağıdılan məktəblərin yenidən qurulmasına 100 milyon avro sərmayə qoyuruq. Uşaqların məktəbə daha təhlükəsiz gəlib-getməsi üçün məktəb avtobusları göndəririk. Biz noutbukları toplayıb çatdırırıq ki, tələbələr təhsillərini davam etdirə bilsinlər”, - Ursula fon der Leyen bildirib.
Avropa Komissiyasının məlumatına görə, Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukraynada 2800-dən çox təhsil müəssisəsi dağıdılıb və ya zədələnib, 5,7 milyondan çox ukraynalı uşaq təhsildən yayınıb.