Ermənistanda hərbi hissənin torpaq sahələri qanunsuz satılıb

A- A A+

Ermənistanın Kadastr Komitəsinin keçmiş əməkdaşı hərbi hissəyə məxsus iki torpaq sahəsini qanunsuz satışa çıxarıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Kadastr Komitəsinin Vedidəki ərazi şöbəsinin müdiri (2005-2010-cu illərdə) idarənin digər əməkdaşları ilə əlbir olaraq xidməti vəzifəsindən istifadə edib.

Bildirilib ki, “Yerasx 2” hərbi hissəsinə məxsus olan 0,9 hektar “xüsusi təyinatlı” ərazi və orada yerləşən obyektlər qanunsuz formada, alıcının adına rəsmiləşdirilib və 2,5 milyon drama satılıb.

Həmçinin məlum olub ki, o, “Yerasx 1” hərbi hissəsinin 1,2 hektarlıq ərazisini də satıb.

Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə keçmiş məmur haqqında iş açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: