Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək NATO sammiti zamanı sakinlərə məzuniyyətə çıxmaq və şəhəri tərk etmək tövsiyə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şəhər rəhbərliyinin Vilnüsün mərkəzində və mərkəzə bitişik küçələrdə nəqliyyatın hərəkətinin iflic olacağından narahatlığıdır.
Bundan başqa, Litva hakimiyyəti hava limanında qonaqların gələcəyi təyyarələr üçün kifayət qədər yerin olmayacağından narahatdır.
Xatırladaq ki, NATO-nun növbəti sammiti gələn il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.