Odessa və vilayətin əksər yaşayış məntəqələrində enerji infrastrukturunun dağıdılması səbəbindən elektrik enerjisi verilmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli vilayət administrasiyasının rəhbəri Maksim Marçenko özünün teleqram kanalında məlumat verib.
Qeyd edək ki, dekabrın 29-da Ukraynanın Kiyev, Odessa, Xarkov, Lvov və digər şəhərlərdə silsilə partlayışlar baş verib.