“Ukrayna raketlərinin Belarus ərazisinə düşməsinin təxribat olması istisna deyil”.
NUHÇIXAN İnformasiya Agentliyi “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin Zenit-raket qoşunları idarəsinin rəisi polkovnik Kirill Kazantsev bildirib.
Onun sözlərinə görə, Belarusun İvanovo vilayətində hava hücumundan müdafiə sistemləri Ukrayna tərəfdən atılan hədəfi vurub: “Bu insidentlə bağlı suallar var”.
K.Kazantsev deyib ki, Müdafiə Nazirliyi iki versiyanı nəzərdən keçirir: ekipajın aşağı hazırlığı, Ukrayna Silahlı Qüvvələrinin təxribatı.