Rusiyanın təcavüzü başlayandan bəri 15 min ukraynalı itkin düşüb

A- A A+

Rusiyanın hərbi təcavüzünün başladığı vaxtdan bəri 15 min ukraynalı itkin düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna prezidentinin hərbçilərin hüquqlarının təmin olunması üzrə müvəkkili Alyona Verbitskaya “Redaktionsnetzwerk Deutschland” redaksiya birliyinə müsahibəsində deyib.

“Son məlumatlara görə, Rusiya 3 min 392 ukraynalı hərbçinin əsir düşdüyünü təsdiqləyib. Lakin hazırda Ukraynada 15 min nəfər, o cümlədən çox sayda mülki vətəndaş itkin düşüb. Biz onların başına nə gəldiyini bilmirik”, - deyə Alyona Verbitskaya bildirib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: