Hulusi Akar: Türkiyə Prezidenti münasib olan vaxtda suriyalı həmkarı ilə görüşə bilər

A- A A+

Münasib şərait yaranacağı təqdirdə Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında şəxsi görüş baş tuta bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar NTV telekanalının efirində deyib.

“Əvvəllər kəşfiyyat xidmətləri səviyyəsində danışıqlar aparıldı, sonra biz görüşdük. Ankara təmasların davam etdirilməsinin tərəfdarıdır. Danışıqlar prosesi başa çatdıqdan sonra prezidentlər arasında görüş baş tuta bilər”, - deyə Türkiyənin müdafiə naziri bildirib.

Dekabrın 15-də jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti rusiyalı həmkarına Suriya liderinin iştirakı ilə üçtərəfli görüş keçirməyi təklif etdiyini deyib. Onun sözlərinə görə, sammitdən öncə xüsusi xidmət orqanlarının nümayəndələri, müdafiə və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: