Əfqanıstanın paytaxtı Kabulda beynəlxalq hava limanında törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə “Taliban” hökuməti bildirib.
Məlumata görə, hadisə baş verən ərazidə yollar bağlanıb. Partlayış törədilən əraziyə hərbçi, təcili tibbi yardım briqadaları cəlb olunub.
Bununla yanaşı, Əfqanıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında, hava limanına gedən yolda yanğın da baş verib.