2022-ci ildə 1600-ə yaxın ukraynalı Rusiya əsirliyindən azad edilib

A- A A+

2022-ci ildə 1596 ukraynalı Rusiya əsirliyindən vətənə qayıdıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, geri qayıdanların 1464-ü hərbi qulluqçu, 132-si isə mülki şəxslərdir.

Qeyd edək ki, Ukrayna Prezidenti Ofisinin açıqlamasına görə, hələ də Rusiya əsirliyində 3000-dən çox ukraynalı var. Daha 15 min ukraynalı itkin düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: