Gecə Ukraynaya hava zərbələri endirilib, Kiyevin enerji infrastrukturuna ciddi ziyan dəyib

A- A A+

Son sutka ərzində Rusiya Ukraynaya 51 hava zərbəsi endirib. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən 44 “Şahed-136” kamikadze dronu endirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

“Son gün ərzində düşmən 51 hava zərbəsi endirib, o cümlədən 44 “Şahed-136” PUA-sı. Onların hamısı Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən vurulub”, - deyə məlumatda bildirilir.

Rusiyanın mühüm infrastruktur obyektlərinə hava və raket zərbələri endirməsi təhlükəsi ölkə ərazisində hələ də qalmaqdadır. Kiyev şəhərinin meri Vitali Kliçko teleqram səhifəsində məlumat verib ki, gecə paytaxtın atəşə tutulması nəticəsində enerji infrastrukturu obyektlərinə ziyan dəyib.

Onun sözlərinə görə, şəhərdə elektrik enerjisinin verilişində fövqəladə fasilələr başlayıb və bəzi istilik təchizatı obyektlərinin enerjisi kəsilib.

Yanvarın 2-nə keçən gecə Kiyevə hava hücumu nəticəsində yaşayış binasına ziyan dəyib, 19 yaşlı oğlan yaralanıb.

Paytaxta hava hücumu zamanı Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın ən azı 20 hədəfini vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: