NASA rəhbəri: “Çin Ayda əraziyə iddia edə bilər”

A- A A+

Çin səlahiyyətliləri ABŞ-la kosmos yarışında qalib gəlsələr, Ayda əraziyə iddia edə bilərlər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson deyib.

Onun fikrincə, ABŞ Çinlə yeni kosmik yarışda iştirak edir. Bill Nelson hesab edir ki, bu yarışda rəsmi Pekin qalib gəlsə, o zaman Ayda geniş ərazilərə sahiblik iddiası ilə çıxış edə bilər.

“Çin Yerin təbii peykində ilk mövqe qazanarsa, Ay səthinin ən zəngin resurs sahələrini ələ keçirəcək. Bu bir faktdır: biz kosmos yarışındayıq. Düzdür, elmi araşdırma adı altında onların Aya getməmələrinə diqqət etməliyik.

Və istisna edilmir ki, onlar desinlər: “Yaxınlaşma, biz burdayıq, bura bizim ərazimizdir”. Cənubi Çin dənizindəki mübahisəli adalarla bağlı vəziyyət belə bəyanatlar üçün əsasdır. Əgər buna şübhə edirsinizsə, görün Spratlilərə nə etdilər”.

O, əmindir ki, ABŞ planlaşdırıldığı kimi, 2025-ci ildə öz astronavtlarını Aya göndərəcək. Nelson Çinin peyk enişinə hazırlığın sürətindən narahatlığını ifadə edib:

“Son onillikdə Çin çox böyük irəliləyişlər və nailiyyətlər əldə edib. Onların Aya enmə tarixlərinin getdikcə yaxınlaşması da bir həqiqətdir. Ayın cənub qütbündə isə su və başqa şeylərin toplanması üçün uyğun olan çoxlu yerlər var”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: