Separatçı dəlilər də ərzaqsız qalıblar - FOTOLAR

A- A A+

Bu gün Xankəndi-Laçın yolunda "Ekosidə son" çağırışları ilə keçirilən etiraz aksiyalarının başlanmasından 22 gün keçir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sülhməramlılar aksiya səbəbindən dəhlizdə nəqliyyatın fəaliyyətini dayandırıblar. Bu isə separatçıları çətin duruma salıb. Xankəndi və digər ərazilərdə yanacaq, ərzaq və kənd təsərrüfatı məhsullarının böhranı yaranıb. Bu gün separatçıların "hüquq müdafiəçisi" Qeqam Stepanyan sosial şəbəkələrdə paylaşım edərək xəbər yayıb ki, artıq uşaq bağçaları ilə yanaşı digər sosial obyektlərdə, xüsusən də el arasında dəlixana kimi tanınan psixatriya mərkəzlərində də ciddi ərzaq çatışmazlıqları yaranıb.
Onun sözlərinə görə, ermənilər əvvəlki tək müxtəlif müəssisələrdən, uşaq bağçaları, xəstəxanalar, psixiatriya mərkəzləri, uşaq və qocalar evlərindən normal qaydada yararlana bilmir, qidalarla bağlı isə böhran dözülməz həddə çatıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən aksiya azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: