2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Funke nəşrinə müsahibəsində NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib.
“Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi bir atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, - deyə o vurğulayıb.
Onun fikrincə, fevral-may aylarında elə bir vəziyyət yaranacaq ki, hər iki tərəf heç yerə getməyəcəklərini başa düşəcək. NATO-nun sabiq generalının sözlərinə görə, bu, atəşkəslə bağlı danışıqlar üçün imkan yaradacaq. Amma bu, uzun müddət sülh demək deyil.
"Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar yəqin ki, uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, - deyə Hans-Lotar Domrez əlavə edib.