İstanbulda duman səbəbindən nəqliyyatın hərəkətində fasilələr gözlənilir

A- A A+

İstanbul valisi Əli Yerlikaya yanvarın 3-4-də gecə və səhər saatlarında güclü duman səbəbindən şəhər sakinlərinə nəqliyyatda mümkün fasilələr barədə xəbərdarlıq edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, bununla bağlı tviter hesabında yazıb: "Duman səbəbindən görmə qabiliyyətinin pisləşəcəyi gözlənilir, bütün nəqliyyat növlərinin fəaliyyətində fasilələr mümkündür".

Qeyd edək ki, İstanbulun Asiya hissəsindəki Sabiha Gökçen Hava Limanı Xidmətləri İdarəsi gecə saatlarında və bu gün günorta saatlarına qədər duman səbəbindən reyslərin ləğvi və gecikmələr barədə xəbərdarlıq edib. Yanvarın 2-də hava limanına gedən 50-dən çox reys şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına yönləndirilib. Yanvarın 3-də “Türk Hava Yolları” şirkəti hava şəraiti ilə əlaqədar 100 reysin ləğv edildiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: