Güclü duman səbəbindən Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb

A- A A+

Üç gündür bölgədə müşahidə olunan güclü dumanın dənizdə görmə məsafəsini azaltması səbəbindən Dardanel boğazından hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Dardanel Boğazı Gəmi Nəqliyyatı Xidmətləri İdarəsi məlumat yayıb.

Bildirilib ki, şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına radio vasitəsilə xəbərdarlıq edilib və görmə məhdudiyyəti səbəbindən boğazın iki istiqamətdə tranzit gəmilərin hərəkətinə bağlanıb.

Qeyd olunub ki, dumanın təsiri azaldıqdan sonra gəmilərin hərəkəti normal qaydasına düşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: