Ukrayna Ordusu Xerson vilayətində irəliləyə bilib, ada azad olunub

A- A A+

Ukrayna Silahlı Qüvvələri Xerson şəhərinin Dnepr çayı sahilindəki Bolşoy Potemkinski adasını Rusiya işğalçılarından azad edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə xalq deputatı Oleksiy Qonçarenko teleqramda video paylaşıb.

“USQ Bolşoy Potemkinski adasını azad edib. Bu ada Xerson yanında Dneprin sağ və sol sahilləri arasında yerləşir”, - siyasətçi qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bilgini şərh etməsə də, “Ukrainska Pravda” nəşrinin hərbi mənbəyi həmin adanın hələ bayramöncəsi işğaldan azad olunduğunu bildirib.

Bununla belə, adanın dekabrın 15-nə olan vəziyyətə görə Rusiyanın nəzarəti altında olduğu bəlli idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: