PKK/YPG tərəfindən terrora məruz qalan Yağmur və Ecrin qızlarımıza “TRT World” tərəfindən ithaf edilən "Yağışdan sonra: ailələr ədalət axtarır" ("After the Rain: Families Seeking Justice") sənədli filmi terror təşkilatının qanlı simasını bütün dünyaya çatdırır. Bu filmdə terror təşkilatının mənfur hücumlarını izah edən niderlandlı tədqiqatçı Rəna Netjesin həqiqətləri söyləməsinə dözə bilməyənlər onu da ölümlə təhdid edirlər. Baxın, qoruduğunuz terror təşkilatı budur!
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun jurnalistlərə açıqlamasında ifadə edib.
Adıçəkilən sənədli filmdə 15 yaşlı Yağmurun atası qızı üçün “O, qanadsız bir mələk idi, indi gerçəkdən də mələk oldu”,-deyərək acısını bölüşür. Doqquz yaşlı Ecrinin anası isə mərhum qızının rəssamlığa maraq dünyasını göz yaşları içində anladır. Günahsız övladları terror təşkilatlarının mənfur qurbanı olan valideynlərin acısı sülhsevər dünya üçün terrorçuluğa qarşı birgə mübarizə çağırışıdır.
Qeyd edək ki, sənədli filmdə terrorçuluğun ümumi mahiyyətini ifşa edən tədqiqatçı Rəna Netjes ötən il noyabrın 13-də İstanbulun İstiqlal prospektində və YPG/PYD-nin Suriyanın şimalında törətdiyi terror aktlarının oxşar cəhətləri arasında paralellər aparıb.
Terrorçular tərəfindən təhdidə məruz qalan tədqiqatçı Rəna Netjesin sosial şəbəkə hesabından bəyan edib ki, indi ictimaiyyətə açıqlama vermək vaxtıdır : “Mən ölüm təhdidləri alıram və bu, PYD-ni ifşa etdiyim üçündür”.