İstanbulda təhlükəli terrorçu ələ keçirilib

A- A A+

İstanbul Polis İdarəsinin əməkdaşları terror aktı törətməyə hazırlaşan və bu niyyətlə də rəqəmsal vasitələrlə təbliğat işi aparan İŞİD terrorçusunu ələ keçiriblər.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, “tənha canavar” (yalnız kürt) kod adı ilə terror aktı planlaşdıran şəxsin yaşadığı evdə aparılan axtarış zamanı ciddi dəlillər, o cümlədən rəqəmsal vasitələrlə düzəldilən materiallar ələ keçirilib.

Bildirilib ki, ələ keçirilən sübutlar şübhəlinin ölkədə yerli və xarici turistlərin olduğu məkanlarda, turizm obyektlərində terror aktı törətmək niyyətində olduğunu aşkara çıxarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: