Tacikistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri antiterror təlimləri keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Xovar" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərin məqsədi hərbi vəziyyətin tənzimlənməsi və ictimai asayişin nəzarətə götürülməsi, həmçinin qanunsuz silahlı birləşmələrin təqib və məhv edilməsi olub.
Birgə antiterror təlimlərində ağır zirehli texnika, hərbi aviasiya, xüsusi texnika və digər müasir silahlardan istifadə edilib.