Bosfor boğazında gəmilərin hərəkəti cənubdan şimal istiqamətinə bərpa edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Sahil Təhlükəsizliyi İdarəsindən bildirilib.
Qeyd edək ki, güclü duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanmışdı.