Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan millət vəkili İbrahim Halil Yıldıza qarşı sui-qəsd hazırlayan iki nəfər tutulub.
NUHÇIXAN İnformasiya Agentliyi “A Haber”ə istinadən xəbər verir ki, həmin şəxslər PKK/YPG terror qruplaşmasının üzvləridir.
Lakin onların adları açıqlanmayıb.
Saxlanılan şəxslər deputatı öldürməyi planlaşdırdıqlarını etiraf ediblər.
Türkiyə Böyük Millət Məclisində Şanlıurfanı təmsil edən İ.H.Yıldız bundan əvvəl də həyatına sui-qəsd cəhdlərinin olduğunu bildirib.