Gürcüstan yeni ildən “Avro-5” standartına uyğun dizel yanacağı idxal edəcək

A- A A+

Bu il Gürcüstana yalnız “Avro-5” standartına uyğun dizel yanacağı gətiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Gürcüstanda yeni qanun qüvvəyə minib.

Ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili bildirib ki, yeni qanunun tətbiqində məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqdır.

Onun sözlərinə görə, hazırda ölkəyə idxal olunan benzinin tərkibi tələb olunan normalara uyğundur. Lakin dizel yanacağında müəyyən problemlər var. Ona görə də bu ildən ölkəyə yalnız “Avro-5” standartlarına cavab verən dizel yanacağının idxalına icazə verilir. Hökumət yanacaq idxalına nəzarəti güncləndirib və qanunu pozan şəxslərə qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Nazir müavini deyib ki, ətraf mühitin mühafizəsi məqsədilə daha bir qanun hazırlanıb. Yeni qanunla avtomobillərin ətraf mühiti çirkləndirməsinə görə, sərt cəzalar müəyyən edilib.

Qanun layihəsi bu il qüvvəyə minəcək.

“Avro 5” dizel yanacağı az miqdarda poliaromatik karbohidrogenlərin və kükürdün olması ilə xarakterizə olunur. Eyni zamanda, onun setan sayı daha yüksəkdir.

“Avro-5” tələblərinə uyğun olaraq yanacağın tərkibindəki kükürdün miqdarı 10 mq/kq daxilində olmalıdır. “Avro-3”də bu rəqəm 350 mq/kq təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: