Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

A- A A+

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

“Yerli vaxtla saat 06:20-də (Bakı vaxtı ilə 07:20) qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq", - məlumatda deyilir.

Meteoroloqlar daha əvvəl yanvarın 1-dən 6-dək Mərmərə dənizi, Bosfor və Dardanel boğazlarında güclü duman olacağı barədə xəbərdarlıq etmişdilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: