Vladimir Putin Ukrayna münaqişəsi ilə bağlı “ciddi dialoqa” hazır olduğunu təsdiqləyib

A- A A+

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində ölkəsinin Ukrayna münaqişəsi ilə bağlı ciddi dialoqa hazır olduğunu bir daha təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsində vasitəçilik təkliflərinə cavab olaraq V.Putin Rusiyanın dəfələrlə səsləndirilmiş tələblər və “yeni ərazilər” də nəzərə alınmaqla rəsmi Kiyevlə danışıqlara hazır olduğunu bildirib.

Tərəflər, həmçinin Türkiyədə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in inşası və digər məsələləri müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: