Atlantik Şurasının analitiki Piter Dikinson hesab edir ki, Ukrayna Silahlı Qüvvələri qışda genişmiqyaslı hücuma hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekspertin sözlərini Euronews telekanalı sitat gətirib. Onun fikrincə, bu hücum Ukraynaya beynəlxalq dəstəyi saxlamaq uğrunda mübarizədə həlledici önəm kəsb edəcək.
Piter Dikinson deyib ki, hazırda Ukrayna ordusu torpaq donmadan zərbə endirmək üçün qoşunlar hazırlayır və sursata qənaət etməyə başlayır. Kiyev hərbi fəaliyyətdə dönüşə nail olmaq üçün payız hücum əməliyyatlarının uğurlu impulsunu saxlamalıdır.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov bildirmişdi ki, Kiyev yazda hərbi əməliyyatları intensivləşdirmək istəyir. Kəşfiyyat "ən qızğın döyüşlərin" mart ayında olacağını gözləyir. "Ukrayna yazda böyük hücum planlaşdırır", - deyə o əlavə edib.