Rusiyanı düzgün qiymətləndirməmək təhlükəlidir, NATO-nun daha çox əsgərə və silaha ehtiyacı var.
NUHÇIXAN İnformasiya Agentliyi Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Prezident Vladimir Putinin Ukrayna ilə bağlı planının və məqsədlərinin dəyişdiyinə dair heç bir əlamət yoxdur. Rusiyanı düzgün qiymətləndirməmək təhlükəlidir”, - hərbi blokun baş katibi belə deyib.
O, həmçinin Şimali Atlantika Alyansının daha çox əsgərə və silah-sursata ehtiyacı olduğunu vurğulayıb.
Yanvarın 18-19-da Brüsseldə NATO Hərbi Komitəsinin iclası keçiriləcək. Alyans ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəislərinin iştirak edəcəyi iclasda Ukraynadakı münaqişə ilə bağlı “ilkin müşahidələr” və Kiyevə yardımın davam etdirilməsi məsələsi müzakirə olunacaq.