“Dell” 2024-cü ilədək Çin istehsalı olan çiplərdən imtina etmək istəyir

A- A A+

Dünyanın ən böyük kompüter istehsalçılarından biri olan “Dell” kompaniyası 2024-cü ilədək Çində istehsalı olan çiplərdən tamamilə imtina etməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Nikkei” qəzeti öz mənbələrinə istinadla bu addımı Çinlə ABŞ arasında “texnoloji müharibənin” təzahürü kimi qiymətləndirir.

Kompaniya artıq öz təchizatçılarını bu barədə məlumatlandırıb. “Dell” nəinki Çində, hətta üçüncü ölkələrdə istehsal olunan bütün çiplərdən imtina etmək istəyir. Kompaniya kompüterlərin digər komponentlərini, o cümlədən elektron modulları və çap lövhələrini də Çindən almamağı planlaşdırır.

Nəşrin mənbələrinin məlumatına görə, digər kompüter istehsalçısı - HP kompaniyası da hazırda komponentlərin istehsalının Çindən çıxarılması imkanlarını nəzərdən keçirir.

Vaşinqton Çinə qarşı apardığı “texnoloji müharibə” çərçivəsində Pekinə yüksək texnologiyalı yarımkeçiricilər hazırlamaqda mane olmağa çalışır. Birləşmiş Ştatlar oktyabr ayında Çinin 28 texnologiya kompaniyasının ABŞ istehsalı olan yarımkeçirici çiplərə çıxışını məhdudlaşdırıb. Vaşinqton, həmçinin 31 Çin kompaniyasını həssas texnologiyaların ixracı sahəsində “qara siyahıya” daxil edib.

Pekin isə öz növbəsində Birləşmiş Ştatların formalaşmaqda olan iqtisadiyyatların inkişafını ləngitmək üçün texnoloji üstünlüyündən istifadə etdiyini düşünür və hesab edir ki, Vaşinqtonun elmi-texnoloji hegemonluğu qlobal təchizat və sənaye zəncirini poza bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: