BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın Ukrayna ilə təmas xəttində elan etdiyi atəşkəsi alqışlayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Dujarrik bildirib.
O qeyd edib: “Tərəflərin bu dövrdə bir-birinə hörmət göstərməsi və düşmənçiliyi dayandırması fikri Baş katib tərəfindən müsbət qarşılanır”.
Dujarrik həmçinin vurğulayıb ki, BMT beynəlxalq hüquq əsasında Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazırdır.