Suriya ərazisində daha bir təhlükəli terrorçu məhv edilib

A- A A+

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən Suriyanın şimalında yerləşən Haseke şəhərində daha bir uğurlu antiterror əməliyyatı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, nəticədə “Ahmet Şoreş” ləqəbli təhlükəli terrorçu Zəki Gürbüz məhv edilib.

Bildirilir ki, 2022-ci ilin aprelində Bursada, həmin ilin avqustunda isə Türkiyənin Suriya ilə dövlət sərhədində törədilən terror aktlarını planlaşdıran və həyata keçirilməsini gerçəkləşdirən “Ahmet Şoreş” bir sıra ağır cinayətlərə görə axtarışda olub.

İtaliyaya getmək üçün 2012-ci ildə qaçaq yolla Türkiyəni tərk edən terrorçu Zəki Gürbüz sonrakı ilin fevralında Yunanıstanda saxlanılıb. Terrorçunu Türkiyəyə təslim etməkdən boyun qaçıran Yunanıstan 2013-cü ilin aprelində onu azad edib. Yunanıstandan İraqa, oradan isə Suriya ərazisinə keçən Zəki Gürbüz sonrakı illərdə Türkiyəyə qarşı ağır terror aktları həyata keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: