"Yaxın vaxtlarda öz tanklarımızı, gəmilərimizi istehsal edəcəyik".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.
Onun sözlərinə görə, Türkiyə kimsə üçün təhdid deyil: "Türkiyə güclü müttəfiqdir. Kiprdəki mövcudluğumuz davam edəcək. Yunanıstan bilməlidir ki, biz qonşuluqda, dialoqda maraqlıyıq. Türkiyə Yunanıstanın yanlış hesablarının nəticələrini ödəməyəcək".
H.Akar həmçinin bildirib ki, Türkiyənin milli müdafiə sənayəsinin məhsulları təkcə özünün yox, həm də qonşuların ehtiyaclarını ödəmək üçündür: "Biz öz tanklarımızı, gəmilərimizi də yaxın vaxtda istehsal edəcəyik".