Ukraynadan taxıl dəhlizi ilə 17 milyon tona yaxın məhsul ixrac edilib

A- A A+

Taxıl müqaviləsinin imzalandığı vaxtdan bəri humanitar dəniz dəhlizi vasitəsilə 17 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib.

NUHÇIXAN İnformasiya Agentliyi TRT telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Taxıl müqaviləsinin fəaliyyət göstərdiyi dövr ərzində Türkiyənin koordinasiyası və dəstəyi ilə Ukraynadan təxminən 17 milyon ton taxıl ixrac edilib”, - deyə Hulusi Akar bildirib.

Ukraynadan taxıl ixracına dair müqavilə ötən il iyulun 22-də İstanbulda 120 gün müddətinə imzalanıb. Müqavilə əvvəlcə noyabrın 19-dək qüvvədə olub və tərəflərin (Rusiya, Ukrayna, Türkiyə, BMT) etiraz etməməsi səbəbindən noyabrın 17-də avtomatik olaraq daha 120 gün uzadılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: