Ötən il Fransa tarixində ən isti il kimi qeydə alınıb

A- A A+

Fransada 2022-ci il ölkə tarixində ən isti il kimi qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, 2022-ci ildə ölkədə orta temperatur 14,5 dərəcə olub.

1900-cü ildən bəri qeydə alınan temperatur göstəricilərinə əsasən ötən ilin göstəriciləri “ən isti il” kimi tanınan 2020-ci ili keçərək Fransa tarixində ən yüksək orta temperatura malik il olub. Ölkədə yağıntı nisbətinin 25 faiz azaldığı 2022-ci il 1959-cu ildən bəri ən az yağıntının qeydə alındığı ikinci il olaraq tarixə düşüb.

Onu da qeyd edək ki, Fransanın başda Qrenobl olmaqla bir çox bölgəsində ötən ilin yay dövründə baş verən meşə yanğınları tarixin ən böyük meşə yanğınları sırasında yer alıb. 2022-ci ilin əvvəlindən yazın sonuna qədər yanğınlar nəticəsində 47 min hektara yaxın yaşıllıq sahəsi zərər görüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: