Ukrayna 2022-ci ildə beynəlxalq tərəfdaşlardan təxminən 1 trilyon qrivna (27 milyard ABŞ dolları) alıb. Bu məbləğin 410 milyard qrivnası (11,2 milyard dollar) ABŞ tərəfindən köçürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram səhifəsində yazıb.
Baş nazirin sözlərinə görə, Ukraynaya beynəlxalq maliyyə yardımını, əsasən, ABŞ, Avropa İttifaqı ölkələri, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu, Kanada, Böyük Britaniya, Dünya Bankı və Yaponiya edib.
"Keçən il Ukraynaya maliyyə dəstəyi göstərən bütün ölkələrin hökumətlərinə və xalqlarına minnətdarıq. Bunun sayəsində biz pensiyaları, sosial ödənişləri, müəllimlərin və həkimlərin maaşlarını bir gün belə gecikdirmədik", - deyə Şmıqal şərh edib.