ABŞ-da Altsheymer xəstəliyinin müalicəsi üçün yeni dərmanın istifadəsinə icazə verilib

A- A A+

ABŞ-ın Qida məhsullarına və dərman preparatlarına sanitar nəzarət idarəsi Altsheymer xəstəliyinin (yaddaşın pozulması ilə başlayan neyrodegenerativ xəstəlik) müalicəsi üçün “Leqembi” adlı dərmanının istifadəsinə icazə verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən məlumata görə, preparat təkcə xəstəliyin simptomlarını aradan qaldırmağa deyil, həm də onunla mübarizəyə yönələn ən son müalicə vasitəsidir. Yaponiyanın “Eisai” və ABŞ-ın “Biogen” əczaçılıq kompaniyalarının birgə hazırladıqları “Leqembi” əhalinin yüksək tələbatı və xəstəliyə qarşı effektivliyi səbəbindən sürətləndirilmiş proseslə təsdiqlənib.

Preparat yüngül koqnitiv pozuntusu olan 865 pasiyent üzərində sınaqdan keçirilib. “Leqembi” dərmanını qəbul edən xəstələrdə daha yaxşı müalicə nəticələri əldə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: