Fransada “sarı jiletlilər” yenidən etiraz nümayişinə başlayırlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “sarı jiletlilər və qəzəbli vətəndaşlar” kollektivi 2023-cü ildə il boyu nümayiş keçirməyə çağırış ediblər. Bu gün həkimlərin də nümayişə qoşulacağı gözlənilir.
Makronun ilk beş illik mandatı müddətində yadda qalan “sarı jiletlilər” hərəkatı yenidən elə bu rəng altında nümayişləri davam etdirməyi qərara alıblar. “Sarı jiletlilər” hərəkatı artıq dörd ildir ki, yaranıb. “Sarı jiletlilər” ilin ilk şənbəsində səfərbərlik elan ediblər.
Bildirilir ki, nümayişçilərin marşrutu polis prefekturası tərəfindən təsdiqlənib. Bu gün Paris vaxtı ilə saat 11-də Fransa paytaxtının 7-ci rayonunun Brötöy məkanından başlayan yürüş paytaxtın 12-ci rayonunda Berci yaxınlığında toplaşaraq yerli vaxtla saat 14 radələrində etiraz nümayişinə başlamalıdırlar.
Nümayişçilərin tələbləri müxtəlifdir: inflyasiya, pensiya və işsizlikdən sığorta islahatı, enerji böhranı...