Türkiyənin Fransadakı Baş Konsulluğuna “Molotov kokteyli” ilə hücum edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Fransanın BFM TV telekanalına istinadən xəbər verir ki, hadisə Marseldə baş verib.
Türkiyə Baş Konsulluğuna hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb, daha 2 nəfərin axtarışı davam etdirilir.
Həmin şəxslərin kürd əsilli olduğu məlumdur.
Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.
Zərərçəkənlər barədə məlumat verilməyib.