Ukrayna Silahlı Qüvvələri: "Rusiya ciddi itki verərək Soledardan geri çəkilib"

A- A A+

"Rusiya Soledara hücum etsə də, ciddi itki verərək geri çəkilib".

NUHÇIXAN İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskin teleqramda yazıb.

Onun sözlərinə görə, Rusiya peşəkar “Vaqner” bölmələrini Soledar şəhərinə cəlb edib: "Vaqnerçilər müxtəlif təbliğat bəyanatlarına baxmayaraq, çoxsaylı itkilərlə şəhərdən geri çəkiliblər". 

Xatırladaq ki, Ukraynanın Donetsk bölgəsindəki separatçılar Soledar şəhərinin Baxmutskoe kəndini ələ keçirdiklərini iddia edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: