Rusiya və Fransa prezidentlərinin təmasları əvvəlki mərhələlərdə faydalı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
D.Peskov deyib ki, hazırda iki prezidentin münasibətlərində fasilə yaranıb. Lakin əvvəlki mərhələdə V.Putin və E.Makron arasında dərin fikir ayrılıqlarına baxmayaraq, onların təmasları faydalı olub.