The Times: Siyasi böhran Britaniyanın investisiya cəlbediciliyini sarsıdıb

A- A A+

2022-ci ildə Böyük Britaniya hökumətində tez-tez baş verən dəyişikliklər Birləşmiş Krallığın sərmayədarlar üçün cəlbediciliyinə ciddi zərbə vurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “The Times” qəzeti bu barədə britaniyalı istehsalçıların maraqlarını təmsil edən “Make UK” assosiasiyasının tədqiqatına istinadla məlumat yayıb.

“Son 12 ayda mövcud olan siyasi qeyri-sabitlik krallığın istehsal sahəsində rəqabət qabiliyyətinə mənfi təsir göstərib”, - deyə tədqiqatda bildirilir. Məlumata görə, il ərzində Böyük Britaniyanı cəlbedici investisiya platforması hesab edən kompaniyaların sayı iki dəfə - 63 faizdən 31 faizə qədər azalıb.

Ekspertlərin sözlərinə görə, kompaniyaların investisiya planlarına artan enerji xərcləri də güclü təsir göstərir. Hökuməti biznesə dəstəyini artırmağa çağıran “Make UK” assosiasiyasının rəhbəri Stiven Fipson belə bir dəstək olmadan hətta bəzi iri müəssisələrin də zərər çəkə biləcəyini deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: