İndoneziya yaxınlığında 7,6 bal gücündə zəlzələ baş verib

A- A A+

İndoneziya sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 431 kilometr cənub-şərqdə, Banda dənizində yerləşib.

Yeraltı təkanlar yerin 97 kilometr dərinliyində baş verib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: