Türkiyədə Egey dənizində 5 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə vaxtı ilə saat 10:38-də baş verən zəlzələ İzmir, Çanakkala və Balıkəsir vilayətlərində hiss edilib.
Zəlzələnin episentri Egey dənizindəki Midilli adasında, yerin 14,95 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və itkilər barədə məlumat yoxdur.