Ermənistan bu il KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək

A- A A+

“Ermənistan 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək”.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanda hazırkı vəziyyətdə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi də təlimlərin keçirilməsinin məqsədəuyğun olmadığını açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: