“Ukraynada müharibə başlayandan humanitar atəşkəs və sülhlə bağlı çağırışlarımızı davam etdiririk. Ancaq bəzi qüvvələr Türkiyənin bu səylərini görməzlikdən gəlirlər”.
NUHÇIXAN İnformasiya Agentliyi “A Haber”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri, ordu genaralı Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tərəflərin bir araya gəlməsi çox vacibdir: “Tərəflər bu məsələdə hansı şərtləri ortaya qoyacaqlarını özləri bilərlər. Onlar müstəqil dövlətlərdir. Bizim istədiyimiz ən qısa müddətdə iki ölkə arasında atəşkəsin təmin olunması, sülhə gedən yolun açılmasıdır. Prezidentimizin səyləri ilk gündən etibarən davam edir”.
H.Akar bildirib ki, Türkiyənin “taxıl dəhlizi”, əsir mübadiləsi və digər sahələrdəki səyləri çox əhəmiyyətlidir: "Bunlar NATO üçün də, Aİ üçün də, Avropa üçün də vacibdir”.