Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Zelenski tviterdə yazıb.
O, döyüş meydanındakı durum və Ukraynanın hərbi ehtiyaclarını müzakirə etdilərini söyləyib: “Biz həmçinin sülh formulunun həyata keçirilməsi üçün birgə səylər barədə razılığa gəldik. Qarşıdan gələn Ukrayna-Aİ sammitindən gözləntilərə dair fikir mübadiləsi apardıq”.