KİV: "Paşinyanın dünənki mətbuat konfransı uğursuz idi"

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən, yanvarın 10-da keçirdiyi mətbuat konfransı uğursuz olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” nəşri yazıb.

Bildirilib ki, Paşinyan suallara ciddi hazırlaşıb və özünü itirməməyə çalışıb: “O, bununla belə, bir sıra ciddi nöqsanlara yol verib. Ancaq bəyənmədiyi suallara, sadəcə, “bilmirəm” deməklə cavab verib. Məsələn, məlum olub ki, hökumət başçısı tərəfdaşlarının korrupsiya bataqlığında olduğundan xəbərsiz idi”.

Qəzet həmçinin qeyd edib ki, xüsusilə hüquq-mühafizə orqanlarının nümayəndələri Paşinyann dünənki çıxışını diqqətlə izləyib, onun fikirlərini dəqiq başa düşməyə çalışıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: