Ukraynanın Soledar şəhəri Rusiya ordusu tərəfindən bloklanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Soledar Rusiya hava-desant qoşunları tərəfindən şimaldan və cənubdan bloklanıb, aviasiya düşmənin dayaq məntəqələrinə zərbələr endirir, hücum dəstələri şəhərdə döyüş aparır”, - Rusiya MN-in məlumatında qeyd olunub.
Qeyd edək ki, dünən gecə Rusiyanın "Vaqner" özəl hərbi təşkilatı Soledara nəzarəti ələ keçirdiyini açıqlayıb. Təşkilatın qurucusu Yevgeni Priqojin Soledara hücumda "Vaqner"dən başqa heç bir bölmənin iştirak etmədiyini açıqlayıb.
Rusiya MN isə yaydığı məlumatda Soledara hücumda Hava Desant Qoşunlarının iştirak etdiyini bildirib.